media-b916ce24-44a0-495a-8e00-aff3874d45ff

Türkiyənin Konya şəhərində kişi keçmiş həyat yoldaşını və onun iki qonşusunu döyərək evini yandırıb.

Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, Ramazan adlı şəxs keçmiş həyat yoldaşı Makbule Küçük ilə naməlum səbəbdən mübahisə edərək onu döyüb, daha sonra hadisə yerinə gələn qonşuları Mehmet və Xədicəni də döyüb. Səs-küyü eşidənlərin müdaxiləsi nəticəsində tərəflər arasında gərginlik daha da artıb.

Sözügedən şəxs daha sonra evi yandıraraq hadisə yerindən qaçıb. Yanğınsöndürənlər hadisə yerində dərhal müdaxilə edərək alovu söndürüb.

Hadisə nəticəsində üç nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, polis hadisəni törədə şəxsi yaxalayıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər