media-80da2b9b-a988-4162-9be9-6dc047901930

Cənubi Karolinadakı bir heyvan fermasında baş verən hadisə hər kəsi şoka salıb. 

Patrulaz.az “Milliyet”ə istinadən xəbər verir ki, bir kenquru, baxıcısını döyərək öldürüb. Məhkəmə-tibbi ekspertizanın hesabatındakı detallar qan donduracaq qədər dəhşətlidir.
Hadisə Cənubi Karolinanın “5-Star Farm” adlı interaktiv heyvan fermasında baş verib. “Horry County” Tibbi Ekspertiza İdarəsi, fermanın sahibinin qardaşı olan 52 yaşlı Erik Sleytin kenquru sığınacağında ölü tapıldığını açıqlayıb.
Sleytin ölümünə dair aparılan otopsiyada, ölüm səbəbi kimi aldığı zərbələr nəticəsində yaranmış çoxsaylı travmalar göstərilib.
Onun meyiti tapıldıqda kenquru hələ də ailəyə məxsus fermadakı qəfəsində olub. Erik Sleyti konkret hansı heyvanın öldürdüyü hələ müəyyən edilməsə də, onun “çoxsaylı küt travmalarla” yaralandığı bildirilib.
“Horry County” bələdiyyə şurasının üzvlərindən Mark Kouzi yerli mediaya verdiyi açıqlamada, Erik Sleytin ölümündə bir kenqurunun birbaşa iştirak etdiyini təsdiqləyib. Bildirilib ki, Sleyt tez-tez kenquru sığınacağına daxil olaraq heyvanla oynayırmış və bu qarşılıqlı əlaqələr bəzən aqressiv ola bilirmiş.
Rəsmi şəxslər hadisədən sonra kenqurunun aqressiv olmadığını və öldürülmədiyini açıqlayıblar. Mütəxəssislər hazırda sığınacağın təhlükəsizliyini və heyvanın sağlamlıq durumunu araşdırırlar.

Ləman Sərraf


Bənzər xəbərlər