media-inshot_20251003_192823175

Son illərdə texnologiyanın sürətli inkişafına baxmayaraq, insanların çoxu hələ də hesablarını sadə və asan təxmin edilə bilən şifrələrlə qoruyur. “123456” və ya “password” kimi şifrələr kiberhücumlardan qorunmaq üçün kifayət qədər güclü deyil və şəxsi məlumatların oğurlanması, maliyyə itkiləri və digər təhlükələrə səbəb ola bilər.

Sizcə, insanlar niyə hələ də belə zəif şifrələrdən istifadə etməyə davam edir?

Bu barədə İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Patrulaz.az-a açıqlamasında bildirib ki, eyni sadə şifrənin bir neçə hesabda istifadə olunması, birinin oğurlanması ilə bütün hesabların risk altında qalmasına səbəb olur:

“Şifrə təhlükəsizliyi mövzusu çox aktualdır, çünki insanlar hələ də “123456”, “qwerty”, “password” kimi çox sadə və tez-tez istifadə olunan şifrələrdən yararlanır. Bu isə kiberhücumlar üçün böyük risk yaradır.

1. Hücumçular (hackerlər) ilk olaraq ən məşhur sadə şifrələri yoxlayırlar. Məsələn, “123456” dünyanın ən çox istifadə olunan şifrələrindən biridir;

2. İnternetdə “top 1000 password” siyahıları mövcuddur və hücum proqramları həmin siyahıları avtomatik sınayır;

3. İnsanlar tez-tez eyni sadə şifrəni həm e-mail, həm sosial şəbəkə, həm də bank hesabında istifadə edirlər. Birinin oğurlanması hamısını riskə atır”.

media-resize-8

B.Əliyev sözlərinə görə, sadə şifrə evin qapısını açıq qoymaq kimidir – asan xatırlanan, amma çətin qırılan şifrələr lazım olduğunu vurğulayıb:

“Təhlükəsiz şifrə necə olmalıdır?

Minimum 12 simvol. Böyük və kiçik hərflər, rəqəmlər və xüsusi simvollar qarışıq olmalıdır.

Hər hesab üçün fərqli şifrə seçilməlidir!

Asan xatırlanacaq amma, çətin qırılacaq şifrələr ola bilər. Məsələn: “Az.Pat@#ruL2025” kimi kombinasiyalar ola bilər.

İki faktorlu autentifikasiya, SMS kod, Authenticator tətbiqi və ya biometrika kimi funksiyaları aktiv etmək lazımdır.

Şifrə menecerləri (Bitwarden, 1Password, LastPass, KeePass və s.) istifadə edilə bilər. Onlar mürəkkəb şifrələr yaradır və yadda saxlayır.

Şifrələri illərlə dəyişmədən saxlamaq olmaz.

Sadə şifrələrdən istifadə etmək, sanki evin qapısını açıq qoymaq kimidir. Ən yaxşısı mürəkkəb, uzun və unikal şifrələr yaratmaq və onları əlavə qoruma üsulları ilə gücləndirməkdir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər