Kim Çen Indən ərəb ölkələrini xəbərdarlıq: "İndi İranla birlikdə döyüşməsəniz, sabah "Böyük İsrail" kabusuna oyanacaqsınız"
Şimali Koreya lideri Kim Çen In ərəb ölkələrini İrana qarşı hücumlar fonunda susmamağa və Tehranı dəstəkləməyə çağırıb.
Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, Kim Çen In bildirib ki, ərəb dünyasının İrana qarşı hücumlar qarşısında susması gələcəkdə daha böyük təhlükələrə yol aça bilər.
O xəbərdarlıq edib ki, ərəb ölkələri bu gün İranla birlikdə hərəkət etməsələr, sabah “Böyük İsrail” kabusu ilə üz-üzə qala bilərlər:
“Əgər ərəblər bu gün oyanıb İranla birlikdə döyüşməsələr, sabah “Böyük İsrail” kabusuna oyanacaqlar. Sizin susqunluğunuz torpaqlarınızı itirməyinizə səbəb olacaq”, – deyə o bildirib.
Kim Çen In İsraili dövlət deyil, ABŞ tərəfindən dəstəklənən “terror layihəsi” və “süni dövlət” adlandırıb.
Qeyd edək ki, Şimali Koreya bu yaxınlarda İranda baş verən hakimiyyət dəyişikliyindən – yeni Ali dini lider Müctəba Xameneyinin seçilməsindən sonra rəsmi Tehrana dəstəyini açıqlayıb.
Şimali Koreya ABŞ və İsrailin “təcavüzünü” pislədiyini və bunun regionda sülh və təhlükəsizliyin əsaslarını sarsıtdığını vurğulayıb.






