media-img_9425

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi bu gün bəlli olacaq.

Patrulaz.az xəbər verir ki, həlledici matçda “Murov Az Terminal” və “Azərreyl” komandaları üz-üzə gələcək.

Qarşılaşma, Milli Gimnastika Arenasında, saat 15:00-da start götürəcək. Komandalar arasında ilk final matçında “Azərreyl” 3:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, reqlamentə görə, qalib iki oyunun nəticəsinə əsasən müəyyən olunacaq. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), “qızıl set” oynanılacaq.


Bənzər xəbərlər