"Kopenhagen" təhlükəli komandadır, ancaq "Qarabağ" hər rəqibinə qarşı öz futbolunu oynayır - Ceyhun Sultanov
Bildiyiniz kimi, bu gün “Qarabağ” doğma meydanda Danimarkanın “Kopenhagen” komandası ilə qarşılaşacaq. Bu oyun azarkeşlərin böyük marağına səbəb olub. Bəs ekspertin rəqib barədə düşüncələri və oyunun taleyi ilə bağlı fikirləri nələrdir?
Bu barədə Azərbaycan millisinin sabiq futbolçusu, futbol üzrə ekspert Ceyhun Sultanov Patrulaz.az-a açıqlamasında bildirib ki, “Kopenhagen” Avropanın aparıcı klublarından olmasa da, kifayət qədər güclü komandalardan biridir.
“Oyun gərgin olacaq. “”Kopenhagen” top komandalarından olmasa da, çox təhlükəli və dinamik komandadır. Fiziki cəhətdən güclü, möhkəm komandadır. Həmişə demişəm, “”Qarabağ” rəqibindən asılı olmayaraq hər bir komandaya qarşı öz futbolunu oynayır. Düşünürəm ki, bu gün də belə olacaq. Nəticəni deyə bilmirəm, amma “Qarabağ”a inamım böyükdür. Oyunun üslubu olduğu üçün bunu deyirəm və düşünürəm ki, bu oyundan da başı uca çıxacaqlar və istənilən nəticəni əldə edəcəklər. “Kopenhagen” haqqında deməyə çox sözüm yoxdur. Çünki Avropanın top klubu deyil, amma demək olar ki, yaxşı komandalardan biridir. Uğurlar arzulayıram, İnşallah, qələbə bizim olar”.
Cəmilə Cəfərzadə






