“Koroğlu” metrostansiyası yaxınlığında açıq kanalizasiya luku sürücülər üçün təhlükə yaradır.
Patrulaz.az-ın qaynar xəttinə göndərilən görüntülərdə sürücülər “Koroğlu” metrosu yaxınlığında yolda açıq qalan kanalizasiya luku ilə bağlı şikayət edirlər. Vətəndaşların bildirdiyinə görə, bu lukun yolun ortasında açıq qalması nəticəsində nəqliyyat vasitələri zərər görür. Fotolardan da göründüyü kimi, avtomobil bu çuxura düşərək təkərini və diskini ciddi şəkildə zədələyib.
Sürücülər məsələ ilə bağlı aidiyyatı qurumların təcili tədbir görməsini tələb edirlər. Onların sözlərinə görə, bu kimi halların qarşısı vaxtında alınmasa, daha böyük qəzalar və xəsarətlərlə nəticələnə bilər.

Screenshot
Screenshot

Bənzər xəbərlər