media-file_00000000b4e48246a798997bbea4609b

Ağdam rayonunda açıq ərazidə baş verən yanğın küləkli hava şəraiti səbəbindən geniş sahəyə yayılıb.

Patrul.az “Bizim.Media”ya istinadən xəbər verir ki, yanğın Baş Qərvənd, Bayramlar, Şıxlar, Cəvahirli və Çıraqlı kəndləri istiqamətindən görünür.

Alovun minalardan tam təmizlənməmiş ərazidə davam etməsi səbəbindən vaxtaşırı mina partlayışları baş verir.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər alovun yaşayış məntəqələrinə və kənd qəbiristanlığına keçməsinin qarşısını alıblar.

Xatırladaq ki, daha əvvəl Ağdamın Kəngərli və Sarıcalı kəndlərində də yanğınlar baş vermişdi.

media-1784897192_1 media-1784897204_2 media-1784897134_4


Bənzər xəbərlər