Livan İsrailin atəşkəs razılaşmasını və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) 1701 saylı qətnaməsini pozduğunu əsas gətirərək BMT-yə şikayət edib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Livan Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada ölkənin Nyu-Yorkdakı daimi nümayəndəliyinin 1701 saylı qətnaməni pozduğu və İsrailin atəşkəs razılaşmasına əməl etməməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına şikayət etdiyi bildirilib. Livan İsrailin atəşkəsdən sonra quru və hava hücumlarını davam etdirdiyini, həmçinin evləri və yaşayış məntəqələrini dağıtdığını bildirib. İsrailin yaşadıqları bölgəyə qayıtmaq istəyən livanlılara qarşı hücumlar təşkil etdiyi vurğulanıb, mətbuat mənsublarına və bölgədə xidmət edən əsgərlərə, mülki şəxslərə də hücum edildiyi bildirilib.


Bənzər xəbərlər