Londondan Tacikistana gedən təyyarə Bakıda təcili eniş etdi
Dünən gecə Londondan Tacikistanın paytaxtı Düşənbəyə uçan təyyarə Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili eniş edib.
Patrulaz.az xəbər verir ki, texniki nasazlıq səbəbindən “NOMAD AVIATION AG” şirkətinə məxsus təyyarə yerli vaxtla saat 02:21-də Bakıya ğurla enib və sərnişinlər təhlükəsiz şəkildə təyyarədən çıxarılıb.
Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq standartlara uyğun fəaliyyət göstərərək, texniki və fövqəladə hallarda sərnişinlərə və hava gəmilərinə operativ dəstək göstərib.






