media-inshot_20260211_095549894

Ötən ilin oktyabr ayında Fransanın Luvr muzeyində baş verən soyğunçuluq zamanı oğruların əlindən düşən tacın görüntüsü paylaşılıb.

Patrul.az xəbər verir ki, imperatriça Yevgeniyaya məxsus 170 illik zümrüd tac Luvr mütəxəssislərinin hazırladığı hesabata əsasən ciddi zədələnib. Bildirilib ki, oğrular möhkəmləndirilmiş şüşə vitrində dar bir kəsik açaraq tacı zorla çıxarıblar. Bu zaman tac əzilib, qaçış zamanı yerə düşdüyü üçün isə daha da zədələnib. Tacın üzərindəki 10 ədəd brilyantın itkin düşdüyü qeyd olunub.

Məlumata görə, tarixi eksponatın bərpası nəzərdə tutulur.

Qeyd edək ki, tac 1855-ci ildə III Napoleon tərəfindən özü və həyat yoldaşı Yevgeniya üçün sifariş edilib. Rəsmi tacqoyma mərasimi keçirilməsə də, bu tac imperiya rəmzi kimi yaradılmışdı.

media-3859644_2bb7f95b39aaf5e64c0d2ed5e7b52f94

media-3859644_01bf198a167e9f7d9ace117773376c5dGülbəniz Səfərova


Bənzər xəbərlər