media-inshot_20260223_233110634

Hər gün süfrələrimizin bəzəyi olan, market rəflərində günlərlə təzə qalan paketlənmiş çörəklər… Heç düşünmüsünüzmü ki, adi bir ev çörəyi cəmi 2-3 günə kif atdığı halda, bu çörəklər niyə bu qədər uzun müddət “təzə” qalır?

Patrul.az-ın apardığı araşdırma sizi şoka salacaq – bu “təravətin” arxasında təhlükəli sirlər gizlənir!

Gizli Maddə 1: L-Sistein (E920) – Saç və lələk məhsulu!

Bəli, səhv oxumadınız! Bir çox hazır çörək məhsulunun tərkibində unun elastikliyini artırmaq, xəmirin daha tez qabarmasını təmin etmək üçün L-Sistein (E920) adlı maddədən istifadə olunur. Bəs bu maddə necə əldə edilir?İnsan saçı, ördək lələyi, heyvan tükləri və bəzi hallarda sintetik yolla istehsal olunur.

Çörəyin daha yumşaq, elastik olması və kütləvi istehsalda xəmirin daha rahat işlənməsi. Bu fakt, xüsusilə veqanlar, vegeterianlar və müəyyən dini inanclara sahib insanlar üçün ciddi etik problemlər yaradır.

Gizli Maddə 2: Kif əleyhinə kimyəvi qatqılar – Çörəyin “ömrünü” uzadan zəhər!

Market çörəklərinin uzun müddət kiflənməməsinin digər səbəbi isə tərkibindəki kif əleyhinə maddələrdir. Bunlar arasında ən çox rast gəlinənlər:

Kalsium Propionat (E282): Çörəyin kiflənməsinin qarşısını alan bir kimyəvi qatqıdır. Tərkibində yüksək miqdarda olan məhsulların uşaq və böyüklərdə hiperaktivliyə, davranış pozğunluqlarına və həzm problemlərinə səbəb ola biləcəyi iddia edilir.

Natrium Benzoat (E211): Bəzi qida məhsullarında, o cümlədən çörəklərdə kif və bakteriya böyüməsini əngəlləyən digər bir qoruyucu maddədir. Astma, allergik reaksiyalar və bəzi xərçəng növləri ilə əlaqəli ola biləcəyi barədə araşdırmalar mövcuddur.

Patrul.az Xəbərdarlıq Edir!

Bu maddələr çörəyin rafta qalma müddətini uzatsa da, insan sağlamlığı üçün ciddi risklər daşıya bilər. Uzunmüddətli istifadəsi:

Həzm sistemində problemlər

Allergik reaksiyalar

Uşaqlarda hiperaktivlik

Bəzi xərçəng növlərinin inkişaf riski

ilə əlaqələndirilir.

Sağlamlığınız üçün çörək alarkən mütləq etiketləri oxuyun! Evdə bişirilmiş, yerli istehsalçıdan alınmış və ya tərkibi daha sadə olan çörəklərə üstünlük vermək daha ağıllı seçimdir.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər