Masazırda sürü halında gəzən itlər sakinləri qorxuya salır - VİDEO
Abşeron rayonu, Masazır kəndində bina mənzilləri arasında gəzən çoxsaylı itlər sakinləri narahat edir.
Patrulaz.az-a daxil olan şikayətə görə, “Qurtuluş-93” yaşayış kompleksinin sakinləri bildirirlər ki, həyətlərdə və küçələrdə itlərin sayı xeyli artıb. Sürü halında gəzən heyvanlar həm böyüklərdə, həm də uşaqlarda qorxu yaradır.
Görüntülərdə itlərin bina qapılarının önündə toplaşaraq insanların çıxışına mane olduğu görünür.
Sakinlər hər an hücum riski ilə üz-üzə qaldıqlarını vurğulayaraq, aidiyyəti qurumlardan vəziyyətin nəzarətə alınmasını və tədbir görülməsini xahiş edirlər.






