Masazırda svetoforlar işləmədiyindən tıxac yaranıb - VİDEO
Abşeron rayonu Masazır qəsəbəsində yerləşən əsas yol kəsişmələrində svetoforların işləməməsi ciddi nəqliyyat sıxlığına səbəb olub.
Sürücülərin Patrulaz.az-a bildirdiyinə görə, səhər və axşam saatlarında işıqforların sönülü olması nəticəsində avtomobillər uzun müddət hərəkətsiz qalır, bu isə həm tıxac yaradır, həm də qəzaya səbəb ola biləcək riskləri artırır.
Sakinlər və sürücülər aidiyyəti qurumlardan məsələyə təcili müdaxilə edilməsini və svetoforların yenidən işə salınmasını xahiş edirlər.






