Masazırda zibil konteynerində yanğın – səbəb azyaşlı uşaq oldu - VİDEO
Masazırın Qurtuluş küçəsi 93 ünvanında yerləşən binaların yanında zibil konteynerlərində yanğın baş verib.
Patrulaz.az-a verilən məlumata görə, yanğına səbəb 10 yaşlı uşağın məişət tullantılarını yandırması olub. Yanğın nəticəsində yaxınlıqda olan ağaclar da alovlara bürünüb.
Redaksiyamıza daxil olan kadrlarda da görünür ki, FHN-nin yanğınsöndürmə xidmətinin əməkdaşları alovun qarşını almağa çalışır. Hadisə zamanı yanğını izləyən uşaqların da əməkdaşlara əl çaldıqları əks olunub.
Qeyd edək ki, hələlik itki və ya yanğının baş verməsi barəsində məlumat verilməyib.
Gülbəniz Səfərova






