media-img_9600

Patrulaz.az xəbər verir ki, Laçın rayonunun Fingə kəndində dəhşətli qətl hadisəsi baş verib. Ağcabədi rayonunun Şərəfxanlı kəndində müvəqqəti məskunlaşan 58 yaşlı Səfər Quliyev qardaşı, 52 yaşlı Xasay Quliyev tərəfindən ov tüfəngi ilə güllələnərək öldürülüb.

Hadisə şahidlərinin sözlərinə görə, qardaşlar arasında əvvəllər açıq-aşkar bir münaqişə müşahidə edilməyib. Kənd sakini Tofiq Əliyev bildirib ki, faciə baş verən günə qədər hər kəs onları mehriban görüb:

“Qardaşı onu 2 güllə ilə qaldığı çadırda qətlə yetirib. Hadisə baş verəndə bizə zəng etdilər, gəldik. Hamı onları mehriban görüb. Aralarında nə baş verib, bilmirəm.”

Mərhum Səfər Quliyev bölgədə müğənni kimi tanınırdı və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Laçın Rayon Komitəsinin sədri vəzifəsində çalışırdı. Onun nəşi Ağcabədinin Şərəfxanlı kəndinə gətirilərək dəfn olunub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən Xasay Quliyev isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Hadisədən əvvəl çəkildiyi iddia edilən bir foto isə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin görüntüdə hər iki qardaş Laçının Fingə kəndində birlikdə kamera qarşısına keçib.

media-img_9601

Günay Salayeva


Bənzər xəbərlər