Məktəblilər metroda şəhid Xudayarın ifa etdiyi " Vətən yaxşıdır" mahnısını oxudular - VİDEO
Paytaxt metrosunda yadda qalan anlar yaşanıb.
Patrulaz.az xəbər verir ki, “28 May” stansiyasına hərəkətdə olan qatarda məktəblilər toplu şəkildə Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin ifa etdiyi məşhur “Vətən yaxşıdır” mahnısını uca səslə oxuyublar.
Sosial şəbəkələrdə yayılan görüntülərdə ətrafda olan sərnişinlərdən bir neçəsi isə bu xoş mənzərəni təbəssümlə qarşılayıblar.
Həmin maraqlı görüntüləri təqdim edirik:






