Məşhur cütlüyün yeni evlərinin qiyməti dodaq uçuqlatdı
Məşhur futbolçu Devid Bekhem ilə moda ikonu Viktoriya Bekhemin oğlu Bruklin Bekhem həyat yoldaşı, aktrisa Nikola Peltz ilə birlikdə Amerika Birləşmiş Ştatlarında milyonlarla dollar dəyərində bir malikanə satın alıb.
Patrulaz.az xarici mediaya istinadən xəbər verir ki, bu addım, cütlüyün ABŞ-də daimi yaşamaq planlarını ortaya qoymaqla yanaşı, Bruklinin ailəsi ilə arasındakı məsafəni daha da artırıb.
26 yaşlı Bruklin və 30 yaşlı Nikola Peltz daha əvvəl kirayəçi olaraq yaşadıqları, Hollivudda yerləşən və dəyəri 10,5 milyon funt sterlin (təxminən 42,9 milyon manat) olan əmlakın sənədlərini ötən həftə öz adlarına keçiriblər.
Bruklin Bekhemin Hollivudda aldığı bu yeni malikanə, valideynləri Devid və Viktoriya Bekhemlərin yaşadığı Londondan təxminən 8.800 kilometr uzaqlıqda yerləşir. Bu böyük məsafə, yalnız coğrafi deyil, eyni zamanda emosional baxımdan da məşhur cütlüyün ailələrindən uzaqlaşdıqlarının göstəricisi kimi qiymətləndirilir.
Ləman Sərraf






