Məşhur səsləndirmə sənətçisi və aktyor qonşusu tərəfindən öldürülüb
Məşhur səsləndirmə sənətçisi və aktyor Conatan Joss qonşusu tərəfindən öldürülüb.
ABŞ-ın Texas ştatının San Antonio şəhərində baş verən faciəvi hadisədə, “King of the Hill” (Təpənin Kralı) animasiya serialında səsləndirdiyi personajla tanınan 61 yaşlı aktyor Conatan Jossun qonşusu Sigfredo Alvarez Ceja tərəfindən güllələndiyi bildirilir.
Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, hadisədən sonra şübhəli polis tərəfindən saxlanılıb.
Qonşuların sözlərinə görə, Jossun evi bir müddət əvvəl yanaraq külə dönmüş, aktyor isə həmin əraziyə yardım çeki almaq üçün geri dönmüşdü. Orada yanğında ölmüş itlərindən birinin skeletini görməsi Jossun emosional vəziyyətinə ciddi təsir edib. Sinir böhranı keçirən aktyorla qonşusu Ceja arasında mübahisə yaranıb və Ceja, avtomobilinə minib Jossun yanına gedərək onu atəş açmaqla öldürüb.
Hadisə ilə bağlı istintaq davam edir. Məhəllə sakinləri aktyorun son vaxtlar psixoloji çətinliklər yaşadığını, elektrik kəsintisinə görə evini manqal ilə isitməyə çalışdığını bildiriblər. Bu da evdəki yanğının başlıca səbəbi kimi göstərilir.






