Metroda intervallar AZALDILDI - yeni cədvəl açıqlandı
“Aprelin 21-də baş vermiş texniki insidentlə bağlı operativ tədbirlər davam etdirilir. Bakı metropolitenində saat 12:00-dan etibarən xətlərdə 28 cüt qatar fəaliyyət göstərir”.
Bu barədə Patrul.az-ın sorğusuna “Bakı Metropoliteni”ndən cavab verilib.
Bildirilib ki, yenilənmiş intervalların cədvəli belədir:
• “Əhmədli–28 May” – 2 dəqiqə 30 saniyədən 2 dəqiqə 8 saniyəyə;
• “28 May–Dərnəgül” – 5 dəqiqədən 4 dəqiqə 15 saniyəyə;
• “28 May–İçərişəhər” – 5 dəqiqədən 4 dəqiqə 15 saniyəyə endirilib.
Digər istiqamətlər üzrə hərəkət cədvəlləri aşağıdakı linkdə təqdim olunub:
https://metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli
Qeyd edək ki, qatarlararası intervalların daha da azaldılması istiqamətində işlər davam etdirilir.
Gülbəniz Səfərova






