media-inshot_20260421_141035236

Bakıda metro stansiyalarında sərnişinlərin təxliyəsi davam etdirilir.

Patrul.az xəbər verir ki, təxliyə prosesi Bakı Metropoliteninin bütün stansiyalarında sərnişin girişinə müvəqqəti məhdudiyyət tətbiq olunmasından sonra başlayıb.

Belə ki, məhdudiyyət səbəbindən stansiyalarda sıxlıq yaranıb, halı pisləşən bəzi sərnişinlər təxliyə olunub.

Məlumata görə, girişə qoyulan məhdudiyyət təmas relsinə yüksək gərginliyin verilməsi zamanı yaranmış nasazlıqla əlaqədardır. Hazırda problemin aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

Bildirilib ki, yaxın bir saat ərzində Bakı metrosunun fəaliyyətinin tam bərpa olunması gözlənilir.

Qeyd edək ki, metrodakı nasazlıq səbəbilə paytaxtın bəzi ərazilərində sıxlıq yaranıb.


Bənzər xəbərlər