Məzuniyyət günündə valideynlər dava etdi
Amerika Birləşmiş Ştatlarının Arkanzas ştatında yerləşən bir uşaq bağçasının məzuniyyət mərasimi xaosa çevrilib.
Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, valideynlər arasında baş verən böyük dava zamanı məktəb rəhbərliyi bu “qəbuledilməz” davranışı uşaqların gözü qarşısında sərgiləndiyi üçün kəskin şəkildə qınayıb.
Çərşənbə günü, West Memphis şəhərindəki Faulk İbtidai Məktəbinin dəhlizində bir neçə böyük adam bir-birinə yumruq atmağa başlayıb. Qorxuya düşən uşaqların çığırtıları dəhlizi bürüyün. WREG kanalının əldə etdiyi videoda görünür ki, bir neçə kişi və qadın davaya qarışıb və məktəb boyunca bir-birlərini itələyiblər. Digər valideynlər uşaqlarını təhlükədən uzaqlaşdırmağa çalışıblar. Videoda uşaqların “Dayanın!” deyə ağladıqları da eşidilir.
İki uzun boylu kişi davaya qarışan qadınları ayırmağa cəhd etsə də, az sonra onlar da yumruqlaşmağa başlayıblar. Dava nəhayət digər şəxslərin tərəfləri ayırması ilə başa çatıb. Hadisə zamanı heç bir xəsarət qeydə alınmayıb. Davanın səbəbi açıqlanmayıb.
Ləman Sərraf






