Mütəxəssislərdən xəbərdarlıq: Süni intellekt 3 aya insan zəkasını ötə bilər!
Süni intellekt (Sİ) cəmi üç ay ərzində insan zəkasını ötə bilər.
Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, “AIMultiple” tərəfindən aparılan genişmiqyaslı tədqiqatda bildirilib ki, elm dünyası bəşər tarixinin ən böyük sıçrayışına şahidlik edə bilər.
Belə ki, 8590 alim, sahibkar və texnologiya liderinin fikirləri təhlil olunub. Araşdırma nəticəsində məlum olub ki, böyük dil modellərinin (LLM) inkişafı süni ümumi intellektin (AGI) yaranma tarixini gözləniləndən xeyli yaxınlaşdırıb.
Əgər əvvəllər AGI-nin 2060-cı illərdə formalaşacağı düşünülürdüsə, indi bu tarix bəzi ekspertlər tərəfindən 2030-cu ilə, hətta 2025-ci ilin sonuna qədər geri çəkilir. Anthropic şirkətinin baş direktoru isə bildirib ki, “insan zəkasını üstələyən maşınların yaranmasına cəmi üç ay qalıb”.
Hesabatda qeyd olunur ki, Mur qanununun yavaşlamasına baxmayaraq, kvant kompüterlərinin inkişafı “texnoloji təklik” adlanan mərhələnin yaranmasına təkan verə bilər.
Bununla belə, süni intellekt üzrə tanınmış alim Yann LeKun sözlərinə görə, “insan zəkasının çoxölçülü təbiəti” hələlik təkrarlana bilməz. Lakin tədqiqatçılar razılaşırlar ki, bəşəriyyət süni intellekt tərəfindən idarə olunan yeni bir dövrün astanasındadır.






