Baltik dənizi regionu son aylarda bir neçə elektrik kabeli və telekommunikasiya xətlərinin zədələnməsindən sonra yüksək hazırlıq vəziyyətindədir. Hətta bəzi ölkələr bunun bir sıra təxribat hücumları olduğuna inanır.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu həftə NATO hərbi ittifaqı freqatlar, təyyarələr ilə bölgədəki mövcudluğunu artırıb. Baltikyanı ölkələr daxilində bir sıra polis araşdırmaları aparılır, lakin heç bir şübhəli məhkəmə qarşısına çıxarılmayıb. Rusiyanın Ukraynaya yardım edən Avropa dövlətlərini sabitliyi pozmaq üçün genişmiqyaslı “hibrid müharibə” kampaniyasının bir hissəsi kimi kabelləri hədəfə ala biləcəyindən şübhələnənlər var. Bu səbəbdən də NATO sualtı enerji və məlumat kabellərini, həmçinin Baltikyanı boru kəmərlərinin təxribat cəhdlərinə qarşı mühafizəsini gücləndirir.


Bənzər xəbərlər