media-inshot_20250710_224529847

İndoneziyada 8 metrlik piton kənd təsərrüfatı ilə məşğul olan bir kişini diri-diri udub.

Patrulaz.az “Nexta Live” telegram kanalına istinadən verir ki, fermerdə işləyən kişi anidən yoxa çıxıb. Axtarış zamanı isə yaxınlıqda qarın nahiyəsi qəribə şəkildə şişmiş böyük bir piton diqqətləri çəkib.

Yerli sakinlər vəziyyətdən şüplənərək ilanı öldürdükdən sonra qarnını yarmağa başlayıblar. Lakin hadisənin dəhşətli tərəfi  məhz bu zaman üzə çıxıb.

Görüntülərdə iri ilanın qarnına yardıqda, onun içərisində yoxa çıxmış kənd sakininin cansız bədənini görənlər şoka düşüblər.

Qeyd edək ki, belə pitonlar əvvəlcə ovlarını boğaraq ürək fəaliyyətini dayandırır, daha sonra isə baş tərəfdən udaraq bütün bədəni tədricən həzm edir.

Həmin dəhşətli görüntüləri təqdim edirik: 

Gülbəniz Səfərova


Bənzər xəbərlər