Bakı şəhərinin Əhmədli dairəsində “10-EH-201” qeydiyyat nişanlı avtomobil yolun ortasında dayandığı üçün hərəkətə mane olub. Sahibi hansı səbəbdən avtomobilini yolun ortasında saxlayaraq gedib hələ ki, məlum deyil.

Patrulaz.az-ın məlumatına görə, hadisə digər sürücülərin narazılığına səbəb olub. Sürücülərdən bu kimi hallarda daha diqqətli olmalarını və bu tərz səhvlərə yol verməmələrini xahiş edirik.


Bənzər xəbərlər