media-img-20260728-wa0096

Patrul.az redaksiyasına müraciət edən sakinlər Təbriz küçəsi 97 ünvanında gecə saatlarında quraşdırıldığı iddia edilən köşklə bağlı narazılıqlarını bildiriblər.

Sakinlərin sözlərinə görə, köşk səkidə yerləşdirildiyi üçün piyadaların sərbəst hərəkətinə mane olur və ərazidə sıxlıq yaradır. Bildirilir ki, Təbriz küçəsi 97 ünvanının yerləşdiyi ərazi gün ərzində piyadaların intensiv hərəkət etdiyi küçələrdən biridir. Bu səbəbdən səkidə quraşdırılan köşkün, xüsusilə insanların gur olduğu saatlarda hərəkəti daha da çətinləşdirdiyi iddia olunur.

Müraciətdə qeyd edilir ki, köşk gecə saatlarında əraziyə gətirilərək quraşdırılıb. Bu isə sakinlər arasında müxtəlif suallar doğurub. Onların fikrincə, belə obyektlərin yerləşdirilməsi zamanı piyadaların təhlükəsiz və maneəsiz hərəkəti, eləcə də şəhərsalma və abadlıq tələbləri nəzərə alınmalıdır.

Ərazi sakinləri aidiyyəti qurumlardan məsələni yerində araşdırmağı, köşkün yerləşdirilməsinin qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına hüquqi qiymət verilməsini və yaranmış problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsini xahiş edirlər.


Bənzər xəbərlər