Nərimanovda qanunsuz tikinti iddiası: Sənəd kimi texniki pasport təqdim olundu - VİDEO
Paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 45 ünvanında qanunsuz tikinti iddiası ilə bağlı Patrul.az redaksiyasına məlumat daxil olub.
Bildirilib ki, binalarla əhatə olunmuş həyətdə dəmir konstruksiyadan ibarət qarajın ətrafında 40×40 ölçüdə bünövrə qazılıb və artıq dəmir-beton konstruksiyalar tökülüb.
Məsələ ilə bağlı sözügedən ünvana yollandıq. Şikayətçilərin bildirdikləri faktlar yerində müşahidə olundu. Çəkiliş apardığımız zaman bir nəfər yaxınlaşaraq özünü qarajın sahibi kimi təqdim etdi.
Biz ona ərazidə qanunsuz tikinti işlərinin aparıldığı iddia olunduğunu bildirdikdə, obyekt sahibi qeyd etdi ki, qarajın qarşısında yalnız nəmişliyin qarşısını almaq məqsədilə təmir işləri aparılır.
Daha sonra ondan hər hansı sənədinin olub-olmadığını soruşduqda, sahibkar çıxarışının olduğunu bildirdi. Bir müddət sonra isə sənədləri bizə təqdim etdi. Lakin təqdim olunan sənəd çıxarış deyil, texniki pasport idi. Bu isə tikinti aparılmasına dəlalət etmir.
Aynurə Vüqarqızı
Aslan Nadiroğlu
Əvəz Hüseynov
Patrul.az






