Şəfəq sakinlərinə şad xəbər: yol problemi həll olunur - RƏSMİ
Şəfəq qəsəbəsinə giriş-çıxış yolunda vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə aparılan təmir-bərpa işləri yekun mərhələyə çatıb.
Patrul.az xəbər verir ki, hazırda ərazidə asfalt örtüyünün salınması işləri davam etdirilir.
Təmir işləri ilə əlaqədar olaraq giriş-çıxış yolu üzrə nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Vətəndaşların maneəsiz gediş-gəlişinin təmin olunması üçün alternativ hərəkət istiqaməti müəyyənləşdirilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəflinin Patrul.az-a verdiyi məlumata görə, təmir işlərinin bu gün ərzində yekunlaşdırılması planlaşdırılır. Bildirilib ki, yolun qəsəbə istiqamətində yerləşən hissəsində asfaltlama işlərinin başa çatdırılması nəzərdə tutulur.






