Netanyahu İran xalqını təbrik etdi
İsrailin baş naziri Benyamin Netanyahu İran xalqını Novruz bayramı münasibəti ilə təbrik edib.
Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir videomüraciətində bu bayramın İran xalqının işığın qaranlıq, xeyirin isə şər üzərində qələbə çalacağına dair qədim inancını əks etdirdiyini bildirib.
O, fars dilində etdiyi müraciətdə qarşıdan gələn Novruzun xüsusi məna daşıdığını vurğulayaraq deyib:
“İranın əbədi Novruzu qələbədir”.






