Netanyahunun öldürüldüyü iddiası yayılıb - rəsmi təsdiq yoxdur
Son saatlarda sosial şəbəkələrdə İsrailin Baş naziri Benyamin Netanyahunun öldürüldüyü barədə iddialar geniş yayılıb.
Müxtəlif platformalarda paylaşılan videolarda və məlumatlarda bildirilir ki, guya Mossad rəhbəri Devid Barnea Netanyahu ilə keçirilən görüş zamanı ballistik raket zərbəsi nəticəsində həlak olub və həmin hücum zamanı Netanyahu da ölüb.
İddialara görə, məlumat Hindistanın kəşfiyyat qurumu olan RAW-a bağlı mənbələrə istinadən yayılıb. Lakin bu məlumatın həqiqiliyini təsdiqləyən heç bir rəsmi açıqlama verilməyib.
Hazırda nə İsrail hökuməti, nə də ölkənin təhlükəsizlik qurumları tərəfindən Benyamin Netanyahunun öldürülməsi ilə bağlı hər hansı rəsmi məlumat yayılmayıb. Beynəlxalq media qurumlarında da bu xəbəri təsdiqləyən etibarlı məlumat yer almır.
Məsələ ilə bağlı rəsmi qurumların açıqlaması olacağı təqdirdə əlavə məlumat veriləcək.






