Nigeriyada daşqın dəhşəti – Minlərlə ev su altında qaldı
Nigeriyada güclü yağış nəticəsində baş verən daşqın və bəndin çökməsi 117 nəfərin ölümünə səbəb olub.
Patrulaz.az “Sky News”a istinadən xəbər verir ki, iki icmada təxminən 3000 ev su altında qalıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə sel sularının binaları, küçələri süpürdüyü, hətta bir tankerin şəhərdə üzdüyü əks olunur.
Qeyd edək ki, bu, Nigeriyada ilk belə fəlakət deyil. Ötən ilin sentyabrında şimal-şərqdəki Maiduguri bölgəsində oxşar hadisə zamanı ən azı 30 nəfər ölmüş, milyonlarla insan evsiz qalmışdı.
Gülbəniz Səfərova






