Niyə adında “r” hərfi olmayan aylarda balıq yeyə bilmərik?
Bəzi insanlar qeyd edir ki, adında “r” hərfi olmayan aylarda dəniz məhsulları, xüsusi ilə də balıq yemək olmaz.
“Uzun illərdir, məşhur deyimə çevrilən bu məsələ hələ də dillərdən düşmür və insanlar buna inanaraq balıq yeməkdən imtina edirlər”.
Bəs görəsən, biz niyə adında “r” hərfi olmayan aylarda balıq yeyə bilmərik? Bu deyim nə dərəcədə doğrudur?
Patrul.az-ın məlumatına görə, çoxları bunu balıqların kürü tökmə dövrü ilə əlaqələndirir. Digər qrup insanlar isə yay aylarında balığın tez keyfiyyətdən düşməsi və insan orqanizminə ziyan verə biləcəyini deyir. Balıqçılar isə tamam başqa fikirdədir. Onlar deyir fərqi yoxdur. Yay, ya qış. Balıq təzədirsə, həmişə yemək olar. Balıqçıların sözlərinə görə, yay aylarında da balıq ovlanılır və dadına görə heç də digər aylarda tutulanlardan geri qalmır.
Balıq satan şəxslər isə yalnız nərəkimilər sinfinə aid olan balıq növlərinin kiçik ölçüdə olanlarını və kürüləmə dövründə ovlananlarını yeməyi tövsiyə etmir. Belə balıqlar hətta zəhərlənməyə də səbəb ola bilər.
Bütün bunları nəzərə alanda “R qaydası” əslində çox ağıllı bir qorunma mexanizmi idi. İnsanlar mürəkkəb izahlar vermədən, sadəcə təqvimə baxaraq özlərini riskdən uzaq tutmağı bacarırdılar. Bu, bir növ xalq təbabəti və praktiki düşüncənin birləşməsi idi.
Bu gün isə şərait dəyişib. Soyuducu texnologiyalar, sürətli nəqliyyat, qida təhlükəsizliyi standartları və nəzarət sistemləri sayəsində balıq ilin istənilən vaxtında təhlükəsiz şəkildə istehlak oluna bilir. Buna görə də müasir dünyada bu qayda əvvəlki kimi sərt şəkildə tətbiq olunmur.
Lakin yenə də hər bir halda yediyimiz qidalara diqqət yetirmək gərəklidir.
Ləman Sərraf






