“Nur uşaq evi” ilə bağlı DİN-dən AÇIQLAMA
Ramana qəsəbəsində yerləşən “Nur uşaq evi” ilə bağlı yayılan görüntülərdə şikayətçi körpələrin acınacaqlı vəziyyətdə yaşadığını, uşaq evinin yararsız halda olduğunu bildirir. Belə ki, şikayətdə körpələr üçün aparılan yardımların müəyyən hissəsinin müxtəlif bəhanələrlə uşaqlara verilmədiyi də qeyd olunub.
DİN-in Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov Patrulaz.az-a məsələ ilə bağlı açıqlama verərək, sözügedən uşaq evində araşdırma aparıldığını bildirib:
“Yayılan iddialarla bağlı həmin ünvanda polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Adıçəkilən uşaq evində olan şəxslər danışdırılıb, hər hansı hüquqazidd hərəkətlər aşkarlanmayıb”.