“Nur Uşaq Evi”nin acınacaqlı vəziyyəti – VİDEO
Ramana qəsəbəsində yerləşən “Nur uşaq evi” ilə bağlı Patrulaz.az-ın qaynar xəttinə göndərilən görüntülər körpələrin acınacaqlı vəziyyətdə yaşadıqlarını sübut edir. Uşaq evinin şəraiti yox dərəcəsindədir, döşəmə daş örtükdən olduğuna görə uşaqlar gün boyu ayaqqabı ilə gəzməli olur.
Uşaq evinin yararsız vəziyyətinə şahid olanlar bildirdilər ki, təxminən 1-2 aylıq olan və aclıqdan saatlarla ağlayan körpələrə hazırlandığı andan etibarən maksimum 30 dəqiqə saxlanma vaxtı olan uşaq yeməklərini uzun müddət uyğunsuz şəraitdə gözlətdikdən sonra birbaşa bakteriya yuvasına dönmüş yeməyi qida olaraq verirlər. Baxıcıların azyaşlılarla olan kobud rəftarı və nəzərə çarpacaq dərəcədə anti-sanitar vəziyyət də ziyarətçilərin diqqətini çəkib. Balacaları soyuqdan qorumaq üçün, ya da başqa bizə məlum olmayan səbəblərdən boğazlarına uşaq taytları bağlanılır.
Körpələr üçün aparılan yardımların müəyyən hissəsini müxtəlif bəhanələrlə uşaqlara verməyiblər. Səbəb olaraq isə bildirib ki, meyvələri uşaqlara vermək olmaz, çünki sağlamlıqlarına zərər verə bilər. Dünyanın hər yerində ən sağlam qida növü sayılan meyvə-tərəvəzlər “Nur uşaq evi”nin daxili qanunları əsasında zərərli elan olunub.
Sadəcə gülüncdür….