media-inshot_20251008_121504512

Futbol tarixinin ən böyük ulduzlarından biri olan Cristiano Ronaldo bu dəfə qollar və kuboklar deyil, bank balansı ilə rekord qırıb.

Patrulaz.az xəbər verir ki, futbolçular arasında sərvəti 1,4 milyard dollar qiymətləndirilən Ronaldo, beləliklə, tarixdə ilk milyarder futbolçu statusunu qazanıb.

Qeyd edək ki, Ronaldo əzəli rəqibi olan Lionel Messi ilə uzun müddət paralel karyera apararaq oxşar maaş alıblar. Lakin 2023-cü ildə Ronaldo Fars Körfəzi klublarına keçərkən, Messi isə MLS-də “Inter Miami” komandasında çıxış etməyə başlayanda onların gəlirləri kəskin fərqlənməyə başlayıb. Argentinalı futbolçu karyerasını başa vurduqdan sonra klubda pay almaq niyyətindədir ki, bu da gələcəkdə Ronaldo ilə yenidən bərabərləşməsinə səbəb ola bilər.

Xatırladaq ki, Ronaldo 2023-cü ildə Səudiyyə Ərəbistanının “Əl Nassr” klubu ilə müqavilə imzalayaraq ildə 200 milyon dollar dəyərində vergisiz maaş, bonuslar və 30 milyon dollar imza bonusu əldə edib.

Məlumata görə, Ronaldo 2002-2023-cü illər arasında 550 milyon dollardan çox maaş qazanıb. Bu addım futbolçunun həm karyerasında, həm də maliyyə göstəricilərində yeni bir rekord yaratmasına səbəb olub.


Bənzər xəbərlər