Ödənişli Bakı-Quba yolunda bu təhlükəni görmürlər? - VİDEO
Ödənişli Bakı-Quba yolunda küləyin gətirdiyi iri həcmli və tikanlı ot qalıqları sürücülərin ciddi narazılığına səbəb olub. Patrulaz.az-a bildirilib ki, yol boyunca müşahidə olunan bu ot qalıqları avtomobillərin cızılmasına və ciddi zərərə yol açır.
Sürücülər, bu vəziyyətin təcili həll olunmasını və yolda görünən otların təmizlənməsini xahiş edirlər.
Vətəndaşlar yoldan istifadə etmək üçün ödənilən ödənişin qarşılığında bu halların xoşagəlməz olduğunu da əlavə ediblər.