media-inshot_20260313_225621786

ABŞ Dövlət Departamenti İranın yeni Ali Rəhbəri Müctəba Xameneyi və digər yüksək rütbəli rəsmilərin yerini müəyyən edən şəxslərə böyük məbləğdə pul mükafatı təklif edib.

Patrul.az xəbər verir ki, Dövlət Departamentinin “Ədalət naminə mükafat” proqramı çərçivəsində yayılan rəsmi açıqlamaya görə, Müctəba Xameneyi və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli şəxslər haqqında məlumat verənlərə 10 milyon dollara qədər mükafat veriləcək.

Axtarış siyahısında İranın siyasi və hərbi elitasının ən nüfuzlu simaları yer alır:

Müctəba Xameneyi – İranın yeni Ali Rəhbəri;

Əli Laricani – Ali Milli Təhlükəsizlik Şurasının katibi;

Eskandar Momeni – Daxili İşlər naziri;

İsmayıl Xatib – Kəşfiyyat naziri;

Yəhya Rəhim Səfəvi – Ali Liderin baş hərbi müşaviri.

Bundan əlavə, SEPAH-ın baş komandanı və Ali Liderin hərbi ofisinin rəhbəri kimi strateji vəzifə tutan digər şəxslər də siyahıya daxil edilib.

Vaşinqton bu şəxsləri qlobal miqyasda hərbi əməliyyatların planlaşdırılmasında və SEPAH-ın müxtəlif qollarının idarə edilməsində ittiham edir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp və Müdafiə naziri Pit Heqset Müctəba Xameneyinin son hərbi əməliyyatlar zamanı ciddi yaralandığını, lakin sağ olduğunu bildiriblər. Nazir Heqsetin iddiasına görə, yeni lider hazırda gizlənir və aldığı xəsarətlərdən dolayı “tanınmaz haldadır”.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti şəxslərin təhlükəsizliyini təmin etmək məqsədilə onlara yalnız pul mükafatı deyil, həm də digər ölkəyə köçürülmə imkanının yaradılacağını söyləyib.

media-img_20260313_224541_678

Gülbəniz Səfərova


Bənzər xəbərlər