Şabran rayonunun “Dəvəçi Kolxoz Bazarı” ərazisinin arxa hissəsində yerləşən böyük zibilxana ilə bağlı anlaşılmazlıq yaşanıb.

Patrulaz.az-ın məlumatına görə, həmin ərazidə fəaliyyət göstərən “Yadu Dönər” adlı kiçik yeməkxananın sahibi Məmmədov Yadulla Sədulla oğlu 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Adil Məcidov tərəfindən 700 AZN məbləğində cərimələnib. Cərimənin səbəbi olaraq dönərxanada formalaşan tullantıların ərazidəki çirklənməyə səbəb olduğu göstərilsə də, sahibkar bunun həqiqətə uyğun olmadığını bildirir. O, iddia edir ki, həmin zibilxana uzun illərdir mövcuddur və orada olan tullantıların onun dönərxanası ilə heç bir əlaqəsi yoxdur. Haqsız cərimələndiyini düşünən Yadulla Məmmədov məhkəməyə müraciət etsə də, şikayətinə baxılmayıb və borcu ödəməli olduğu bildirilib. O, həmçinin dönərxanadan əldə etdiyi gəlirlə ailəsinin, o cümlədən iki qazinin (qardaşı və atası) dolanışığını təmin etdiyini vurğulayaraq aidiyyatı qurumlardan məsələ ilə bağlı köməklik göstərilməsini xahiş edir.


Bənzər xəbərlər