media-inshot_20260424_141307017

“ChatGPT” süni intellekt platformasının yaradıcısı olan “OpenAI” şirkəti özünün ən yeni və güclü modeli olan GPT-5.5-i (kod adı: “Spud”) təqdim edib.

Patrul.az xəbər verir ki, şirkətin məlumatına görə, bu model yalnız sualları cavablandırmaqla kifayətlənmir, eyni zamanda tam avtonom “agent” kimi fəaliyyət göstərmək qabiliyyətinə malikdir.

Yeni “GPT-5.5” modelinin əsas fərqləndirici xüsusiyyəti onun çoxmərhələli iş proseslərini insan müdaxiləsi olmadan planlaşdırıb icra etməsi və yekun nəticəni yoxlaya bilməsidir.

Bildirilir ki, model “GPT-5.4” ilə eyni cavab sürətini qoruyub saxlayır, lakin daha az giriş məlumatı (token) sərf etməklə daha mürəkkəb mühakimələr yürüdə bilir.

OpenAI-ın həmtəsisçisi Qreq Brokman məsələ ilə bağlı bildirib ki, dünya artıq iş səmərəliliyinin süni intellekt gücü ilə ölçüldüyü yeni bir iqtisadi dövrə – “hesablama iqtisadiyyatına” qədəm qoyur.

Həmçinin qeyd olunub ki, bu model ofis işlərində, proqramlaşdırmada və elmi tədqiqatlarda sadəcə köməkçi deyil, prosesləri başdan sona idarə edən “virtual menecer” rolunda çıxış edir.


Bənzər xəbərlər