Övladının hərbi xidmətə yararsız olduğunu iddia edən valideyn aidiyyəti qurumlara müraciət etdi – VİDEO
24 yanvar 2025-ci il tarixində Dövlət Sərhəd Xidmətində hərbi xidmətə başlayan Nəsirli Vahid Elşən oğlunun ailəsi onun ciddi sağlamlıq problemləri səbəbindən orduya yararsız olduğunu iddia edərək müvafiq qurumlara müraciət edib.
Patrulaz.az-a daxil olan məlumatda bildirilir ki, Vahidin atası Elşən Nəsirov oğlunda 10-cu dərəcəli bel skoliozu, sinə deformasiyası və ürək sıxılması şikayətləri müşahidə olunduğunu deyib. Ailə üzvləri bu sağlamlıq problemlərinə baxmayaraq, gəncin hərbi xidmətə yararlı kimi qəbul edilməsinə etiraz edir və onun tibbi vəziyyətinin yenidən araşdırılmasını xahiş edirlər.
Məsələ ilə bağlı aidiyyatı dövlət qurumlarından oğullarının sağlamlıq durumu barədə ətraflı məlumat verilməsini və tibbi müayinədən keçirilməsini istəyirlər. Onlar ümid edirlər ki, məsələ ədalətli şəkildə araşdırılacaq və düzgün qərar veriləcəkdir.
Qeyd edək ki, qanunvericiliyə əsasən, ciddi tibbi problemləri olan şəxslərin hərbi xidmətdən azad edilməsi və ya alternativ xidmətə cəlb olunması mümkündür.