media-inshot_20260317_132500451

Pakistanın Əfqanıstanın paytaxtı Kabilə etdiyi hava hücumunda ölənlərin sayı 408-ə çatıb.

Patrul.az xəbər verir ki, bu barədə Reuters agentliyi Əfqanıstan Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb. Bundan əlavə, ən azı 265 nəfər yaralanıb.

Əfqanıstan Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əbdül Mətin Qani bildirib ki, rəhbərliyin qərarına əsasən, yaxın gələcəkdə Pakistan ciddi cavab alacaq. Qeyd edək ki, Əfqanıstana hücum martın 16-da baş verib və xüsusilə, narkoloji xəstəxana hədəfə alınıb.

Əfqanıstan hakimiyyəti hadisəni “insanlıq əleyhinə cinayət” adlandırıb. Pakistan tərəfi ittihamları rədd edərək onları “yalan və yanlışlıq” hesab edib. Pakistanın informasiya nazirliyi açıqlayıb ki, hücum yalnız hərbi obyektlərə və Əfqanıstanda fəaliyyət göstərən terrorçularla əlaqəli infrastruktur obyektlərinə yönəldilib.

Münaqişənin gərginləşməsi fevralın 22-də Pakistanın “Pakistan Taliban Hərəkatı” (TTP) qruplaşmasının mövqelərinə hücumundan sonra başlayıb. Bir neçə gün sonra 2021-ci ildən Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatı Pakistanın sərhəd bölgələrindəki ərazilərinə doğru irəliləməyə başlayıb. Buna cavab olaraq İslamabad taliblərə qarşı “açıq müharibə” elan edib.


Bənzər xəbərlər