media-inshot_20251226_164048329

2025-ci il süni intellekt sahəsində təkcə texniki deyil, həm də estetik və emosional baxımdan böyük sıçrayışların yaşandığı il oldu. Bu il texnologiya dünyası insanların həyatına daha yaxın olan, bəzən utancaq davranan, bəzən canlı kimi reaksiya verən, hətta geyilə bilən humanoid robotlarla diqqət çəkdi. Süni intellekt artıq sadəcə alqoritm deyil, xarakterə çevrilir.

Patrul.az 2025-ci ildə texnologiya sərgilərində və laboratoriyalarda təqdim olunan, ən qeyri-adi funksiya və görünüşə sahib süni intellektlə işləyən robotları araşdırıb və onlar haqqında maraqlı məlumatları oxucularına təqdim edir.

NEO – Açarlarınızı tapan, rəqs edən humanoid robot

media-inshot_20251226_161245426

Ev işlərində yardımçı olmaq üçün hazırlanmış NEO, 1X Home Robots şirkətinin məhsuludur. Bu humanoid robot paltarları qatlaya bilir; Rəfləri səliqəyə salır; Evdə itən əşyaları tapa bilir; Musiqi səsləndirir və rəqs edir. NEO tətbiq üzərindən verilən səsli və əl əmrlərinə cavab verir, daxili böyük dil modeli (LLM) vasitəsilə istifadəçinin vərdişlərini öyrənir. Wi-Fi, Bluetooth və üç mərhələli dinamik sistemi ilə o, həm də ev üçün əyləncə mərkəzinə çevrilir.

Woofwoof Lux – Süni intellektlə işləyən it yuma robotu

media-inshot_20251226_162011141

Woofwoof Lux itin cinsi və tük quruluşuna uyğun fərdiləşdirilmiş yuma proqramları təklif edən süni intellekt əsaslı yuma kapsuludur. Bu robot yumşaq su şırnaqlarından istifadə edir; Ev heyvanları üçün təhlükəsiz şampunlarla işləyir;  Xüsusilə bala itlərin qorxmadan yuyulmasını təmin edir. Qeyd edək ki, Woofwoof Lux hələlik satışa çıxarılmayıb.

Mirumi – Çantaya yapışan, utancaq geyilə bilən bab-bot

media-inshot_20251226_162333964

Son zamanlar təhlükəli olması ilə dünyaya səs salan Labubu!” oyuncağına bənzəyir, amma Mirumi oyuncaq deyil, yeni nəsilin geyilə bilən robotudur. Sensorları və iti “gözləri” ilə ətrafdakı insanlara və əşyalara maraqla baxır, lakin toxunulduqda və ya qorxduqda utancaqlıqla geri çəkilir. Mirumi çanta qayışlarına və tutacaqlara dolana bilir; gündəlik əşyalara “avtostopçu” kimi yapışır. Bu şirin görnüşlü robotların ümumi satışa buraxılışı 2026-cı ilin aprel ayına planlaşdırılır.

Ropet – Sensorlarla dolu robot ev heyvanı

media-inshot_20251226_162512881

Əgər Mirumi kifayət qədər interaktiv deyilsə, Ropet bir addım irəlidədir. Bu robot səsi dinləyir, üzləri xatırlayır, əl jestlərini anlayır, sığallandıqda isti titrəyiş yaradır. Ropet göz rəngini dəyişə, aksessuarlara uyğunlaşa bilir. Yemək tələb etmir, lakin daim diqqət istəyir.

Skincase – “Günəşdən yanan” telefon qabı

media-inshot_20251226_162755279

Skincase insan dərisinin teksturasını, tonunu və qırışlarını təqlid edən silikon telefon qabıdır. Tədqiqatçı Mark Teyssier tərəfindən Virgin Media O2 ilə birgə hazırlanıb. Bu telefon qabı UB şüalarına məruz qaldıqda rəngini dəyişir, günəş yanığı effekti yaradaraq gün ərzində qoruyucu krem çəkməyi xatırladır.

Realbotix AriaRealbotix Aria – Fərdiləşdirilə bilən robot “sevgili”

media-inshot_20251226_162949110

Amerikanın “Realbotix” şirkəti “Aria” adlı humanoid robotunu təqdim edib. Aria mürəkkəb göz izləmə sistemi, obyekt tanıma, ChatGPT kimi üçüncü tərəf süni intellekt inteqrasiyası ilə işləyir.

Qiymətlər: alnız baş və gövdə: 10 000 dollar,

modul, daşına bilən versiya: 150 000 dollar,

tam hərəkətli bədən: 175 000 dollar.

Şirkət bildirir ki, Aria fiziki yaxınlıq üçün deyil, emosional dəstək və ünsiyyət məqsədi daşıyır. Baş direktor Endryu Kiqelin sözlərinə görə, robotu bu məqsədlə istifadə etməyə cəhd edənləri elektrik cərəyanı gözləyir.

Ağıllı dodaq boyası – Əlsiz makiyaj texnologiyası

media-inshot_20251226_163258695

“Grupo Boticário”nun hazırladığı prototip dodaq boyası süni intellekt, kompüter görməsi, kiçik robot qolu vasitəsilə işləyir. Dodaqları xəritələşdirərək təxminən iki dəqiqə ərzində mükəmməl şəkildə boyayır.

Spicerr – Süni intellektlə işləyən ədviyyat dispenseri

media-maxresdefault-2

Spicerr reseptlərə uyğun dəqiq ədviyyat miqdarını avtomatik paylayan ilk süni intellektli cihazdır. Qaşıq və qabsız, kapsullarla işləyir və istifadəçinin dad seçimlərinə uyğunlaşır.

Süni intellekt artıq xarakter qazanır. 2025-ci il göstərdi ki, süni intellekt təkcə sürətli hesablamalar deyil, emosiya, davranış və gündəlik həyatla inteqrasiya deməkdir. Bacarıqlı robotlardan ağıllı makiyaj cihazlarına qədər bu texnologiyalar gələcəyin artıq başladığını sübut edir.

Patrul.az texnologiya dünyasında baş verən ən maraqlı yenilikləri izləməyə davam edəcək.


Bənzər xəbərlər