Parkinq üstündə qadın sürücülər arasında dava düşdü - VİDEO
Cümə günü İstanbulun Rumeli hisarı bölgəsində iki qadın sürücü arasında mübahisə baş verib.
Patrulaz.az “SonDakika”ya istinadən xəbər verir ki, mübahisə parkinq yeri üstündə yaranıb. Mübahisəyə tərəflərin yaxınları da qoşulub.
Qısa müddətdə mübahisə davaya çevrilib və qadın sürücülər bir-birinə təpik və yumruqla hücum ediblər.
Hadisə mobil telefon kamerası ilə qeydə alınıb. Qışqırıqların eşidildiyi dava ətrafdakı insanların müdaxiləsi ilə sona çatıb.






