media-45707780-dd55-43e2-be7f-805214affa4b

Şanxay hava limanında bir qadın makiyajına görə üz tanıma sistemindən keçə bilməyib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Şanxay hava limanında üz tanıma texnologiyası ilə yoxlamadan keçmək istəyən qadının makiyajı pasport fotosu ilə uyğun gəlmədiyi üçün üzünü silməyə məcbur qalıb.

Məlumata görə, sərnişin üzərindəki ağır kontur, tonal krem və göz layneri immiqrasiya əməkdaşlarının sistem üzərindən şəxsiyyətini təsdiqləməsinə mane olub. Vəziyyəti görən hava limanı əməkdaşı sərnişinə bildirib ki, pasport şəklinizə oxşayana qədər hər şeyi silin.

Sərnişin isə əsəbi halda və utanaraq salfetlərlə üzünü təmizləyib.
Lakin onun daha sonra immiqrasiya keçidindən keçib-keçmədiyi məlum olmayıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər