Paytaxtda kanalizasiyaya düşən gəncin meyiti TAPILDI
Bakıda kanalizasiya kollektoruna düşən Cümşüd Cümşüdovun axtarışları başa çatıb.
Patrulaz.az xəbər verir ki, axtarışlar nəticəsində gənc oğlanın meyiti Hövsan qəsəbəsi yaxınlığında aşkar edilərək, aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, Cümşüd Cümşüdov 3 gün bundan əvvəl Binəqədi rayonunda “Baksol” yolu adlanan ərazidə kanalizasiya kollektoruna düşmüşdü.