Paytaxtda sürücülər daha bir qanunu görməməzlikdən gəlirlər. - FOTO
Paytaxtda sürücülər daha bir qanunu görməməzlikdən gəlirlər.
Patrulaz.az xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin qarşısında, Səməd Vurğun küçəsinə gedən istiqamətdə sürücülər tərəfindən yolun sağ hissəsində uzunmüddətli avtomobil saxlanılması halları müşahidə olunur. Bu isə həm nəqliyyatın hərəkətinə mane olur, həm də yol hərəkəti qaydalarını ciddi şəkildə pozur.
Belə ki, sözügedən ərazidə “Dayanma və durma qadağandır” nişanı yerləşdirilsə də, bəzi sürücülər bu tələbi nəzərə almadan avtomobillərini burada saxlayır və yolun bir zolağını zəbt edirlər.
Qeyd olunan qayda pozuntusu Azərbaycan Respublikasının Yol Hərəkəti Haqqında Qanununun 52-ci maddəsinə ziddir. Belə halların çoxalması yol hərəkətinin təhlükəsizliyini risk altına atır və nəqliyyat axınında tıxacların yaranmasına səbəb olur.
Qeyd edək ki, Bakının mərkəzi küçələrində, xüsusilə də ali təhsil müəssisələrinin qarşısında bu cür mənzərə artıq adiləşib.

Gülbəniz Səfərova






