media-3f43fab7-b0d9-4476-89c8-2b136f0f8245

Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə Penitensiar xidmətin əməkdaşları üçün “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda növbəti təlimlər keçirilib.

Patrul.az xəbər verir ki, təlimlər Bakı İstintaq Təcridxanasında, həmçinin 4 və 16 saylı cəzaçəkmə müəssisələrində təşkil olunub.

Təlimçi qismində çıxış edən Səhiyyə Nazirliyinin məsul əməkdaşı iştirakçılara narkomaniyanın cəmiyyət və insan sağlamlığı üçün yaratdığı təhlükələr, narkotik vasitələrdən istifadənin ağır nəticələri, eləcə də bu səbəbdən yayıla bilən bir sıra yoluxucu xəstəliklər barədə ətraflı məlumat verib.

Təlim zamanı mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə maarifləndirmənin əhəmiyyəti xüsusi vurğulanıb.


Bənzər xəbərlər