media-0e5a6fdb-4e26-4896-b9b3-9a70c77b0c0a

Köməkçi pilotun kokpitdə huşunu itirməsi nəticəsində Lufthansanın İspaniyaya gedən bir təyyarəsi təxminən 10 dəqiqə boyunca pilotsuz uçub.

Patrulaz.az alman xəbər agenti “DPA”ya istinadən məlumat verir ki, 43 yaşlı kapitan pilot tualetə getmək üçün kokpitdən çıxdığı anda, Airbus A321 tipli təyyarənin 38 yaşlı köməkçi pilotu huşunu itirib.
Xəbər agentliyinin bildirdiyinə görə, göyərtəsində 199 sərnişin və altı ekipaj üzvü olan təyyarə təxminən 10 dəqiqə ərzində kokpitdə heç bir heyət üzvü olmadan uçub. Məlumatın mənbəyi kimi İspaniyanın qəza təhqiqat qurumu “CIAIAC”ın hesabatına istinad edilib.
Kapitan pilot uçuşun bitməsinə təxminən 30 dəqiqə qalmış kokpitdən çıxdığını və həmin anda köməkçi pilotun “ayıq və diqqətli” göründüyünü bildirib.
Həmin müddət ərzində təyyarə avtomatik pilot rejimində uçurmuş.
Xəbərə görə, bu zaman kokpitin səs yazıcısı qəfil bir tibbi problemi göstərən qəribə səsləri qeydə alıb.

Ləman Sərraf


Bənzər xəbərlər