Polis Bakıda moped sürücüsü ilə ‘Chevrolet’ sürücüsü arasındakı insidentlə bağlı araşdırma başladı - VİDEO
Bakıda moped sürücüsü ilə avtomobil sürücüsü arasında baş verən insident barədə məlumat vermişdik.
Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli Patrulaz.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə paytaxtın Nərimanov rayonu, Z.Bünyadov prospektində moped və “Chevrolet Nexia” markalı nəqliyyat vasitələrinin sürücüləri arasında baş verən insidentlə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb. Hadisənin yüngül qəza səbəbindən yarandığı müəyyən edilib. Tərəflər ərazi üzrə polis orqanına dəvət olunub, ərizə və izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin edilib.
Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.






